Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

MY SHOPS MMC

Merçendayzer

BakıMənbə: Work.az

Vakansiya haqqında

Vəzifə: Merçendayzer (My Grocery MMC)1. Vəzifələr və məsuliyyətlər:Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək;Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək;Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək;Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq;Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək;Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək;Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək;Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək;Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.2. Tələb edilən bacarıqlar və təhsil:Orta ixtisas və ya ali təhsil (satış, marketinq, biznesin idarə edilməsi və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;Ofis proqramlarından (MS Excel, Word və s.) istifadə bacarığı;Satış nöqtələrində məhsulların sərgilənmə texnikaları üzrə biliklər;Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;Dəyişkən iş mühitinə adaptasiya qabiliyyəti;Daxili nizam-intizam qaydalarına əməl etmə bacarığı;Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq. Əmək haqqı: 800 AZNİş qrafiki: I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazarİş yeri: H. Əliyev pr. 152, Çinar PlazaUyğun namizədlər CV-lərini hr@myshops.az elektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.