Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

“Mentorluq və inkişaf akademiyası” layihəsi

GəncəMənbə: Work.az

Vakansiya haqqında

Regional İnkişaf İctimai Birliyi tərəfindən Gəncə–Daşkəsən regionundan olan könüllülər üçün 3 ay müddətində “Mentorluq və İnkişaf Akademiyası” layihəsi həyata keçiriləcək.Layihə Gəncə–Daşkəsən regionunda yaşayan, könüllülük sahəsinə maraq göstərən gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədi daşıyır. Akademiya çərçivəsində iştirakçılar mentorlarla fərdi və qrup əsaslı sessiyalarda iştirak edəcək, real layihələr üzərində çalışaraq praktiki bacarıqlarını inkişaf etdirəcək və gələcək karyera istiqamətlərini daha düzgün müəyyənləşdirmək imkanı qazanacaqlar.İlkin mərhələdə namizədlər qeydiyyatdan keçəcək, daha sonra isə müsahibə əsasında seçim aparılacaq. Proqram müddətində təlimlərdə aktiv iştirak edən gənclər üçün ofis könüllüsü olmaq imkanı yaradılacaq və layihəni uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.Layihənin əsas məqsədi könüllülərin liderlik, ünsiyyət, komanda işi və peşəkar bacarıqlarını inkişaf etdirmək, mentor dəstəyi və praktiki fəaliyyətlər vasitəsilə onların karyera planlamasına töhfə verməkdir.⏰ Son qeydiyyat tarixi: 26 yanvar 2026-cı il

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.