Vakansiya haqqında
📍FlaxVəzifə öhdəlikləri:Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;Eksteryer, interyer və landşaft layihələri üçün memarlıq konseptlərinin hazırlanması;Yüksək keyfiyyətli 2D və 3D vizuallaşdırmaların (sketch, render, və s.) hazırlanması;Təqdimat üçün qrafik materialların hazırlanması;Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;Tələblər:Ali təhsil (müvafiq sahədə);Mühəndis vəzifəsində iş təcrübəsi (2-5 il);Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax,Revit və s.;Tikinti norma və qaydalarına dair biliklər;İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.Ümumi məlumat:İş yeri: Bakı şəhəri;İş rejimi: 5 gün/ 10:00 – 19:00;Nahar fasiləsi: 13:00 – 14:00;Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.Maraqlanan namizədlər öz CV-lərini Portfolioları ilə birgə Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına Memar başlığı yazaraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
