Vakansiya haqqında
Rol haqqındaBirbankın Kürdəmir filialında Məlumat xidməti üzrə kiçik mütəxəsis vəzifəsi üzrə detallara qarşı diqqətli,ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.ÖhdəliklərFiliala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi.TələblərAzərbaycan dilini mükəmməl bilirsiniz. İngilis və rus dillərində də sərbəst danışa bilirsizsə bu sizin üstünlüyünüzdür;Ali təhsillisiniz, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz güclüdür;Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, əla ünsiyyət bacarıqlarınızın olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmağınız mütləqdir;Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyətiniz güclüdür.Üstünlüklərİnkişaf imkanlarıRəqabətli əmək haqqı və bonuslarYüksək təminatlı sığortaDəstəkləyici mühitVisa Premium əmək haqqı kartıKorporativ endirimlərKorporativ tədbirlərƏlavə məzuniyyətGüzəştli təhsil və işçi krediti
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
