Vakansiya haqqında
TəsvirYeni verilənlər bazasını yaratmaq;Əsas baza obyektlərini (table, cluster, sequence, packages, procedures və s.) idarə etmək;İstehsal qabiliyyətinin monitorinqini, optimallaşdırılmasını və tənzimlənməsini həyata keçirmək;İstifadə olunan məlumat bazalarını və alətləri yükləmək və ya cari versiyanı yeniləmək;Proqramlar arasında baza resurslarının optimal bölgüsünü təşkil etmək;Resurslardan daha çox istifadə edən prosesləri/obyektləri müəyyən edib optimallaşdırmaq;Verilənlər bazasının ehtiyat surətini planlaşdırılmış qaydada çıxarmaq;Verilənlər bazasını ehtiyat bazadan bərpa etmək;Standby (Replika) bazalarda məlumatları aktual vəziyyətdə saxlamaq;Məlumat bazalarında yaranan xətaları təsbit etmək, bu bildirişlərin avtomatik göndərilməsini təmin etmək;Mövcud və yeni təhlükəsizlik tədbirlərini öyrənmək və tətbiq etmək;Mümkün təhlükəsizlik riskləri barədə rəhbərə məlumat vermək;Test, təlim və digər məqsədlər üçün yeni bazalar yaratmaq;Tətbiq olunan proqramların performasını artırmaq məqsədi ilə SQL sorğuların optimallaşdırılması, indekslərin istifadəsi və cədvəllərin bölünməsini həyata keçirmək;Verilənlər bazası və yardımçı alətlərin, proqramların işində yaranan nasazlıqları aradan qaldırmaq;Bankın cari işini və lahiyələrini nəzərə alaraq verilənlər bazası həcminin daim aktual tələblərə cavab verməsini təmin etmək.TələblərPostgreSQL və MongoDB üzrə ən azı 3 il iş təcrübəsi;PostgreSQL backup, recovery, point-in-time recovery üzrə dərin biliklər (PgBackRest, pg_basebackup);PostgreSQL replikasiyanın qurulması (repmgr, patroni, pgpool2 və s. alətlərdən istifadə);MongoDB Replica Set, Sharding və backup metodologiyaları üzrə təcrübə;SQL və shell scripting üzrə biliklər;Monitorinq alətləri (Zabbix, PEM, pg_stat_statements, MongoDB Ops Manager və s.) ilə iş təcrübəsi;Linux əməliyyat sistemi (RHEL, Oracle Linux, Ubuntu və s.) üzrə yüksək səviyyədə bilik;Məsuliyyətlilik, dəqiqlik və operativlik;Oracle üzrə biliklər üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
