Vakansiya haqqında
TəsvirYeni və mövcud məhsullar üçün sertifikatlaşdırma qurumlarından şirkətdaxili prosedura uyğun yerli və beynəxalq standartlar üzrə uyğunluq sertifikatlarını almaq;Şirkətdə çalışan texnoloqlar, laboratoriya işçiləri ilə koordinasiya edərək məhsulların yerli və beynəxalq standartlarını araşdırmaq, uyğun olanları müəyyən etmək;Mövcud və yeni məhsulların TDS və MSDS sənədlərini (texniki məlumat vərəqləri və material təhlükəsizliyi məlumat vərəqləri) təmin etmək;Məhsulların MNT və XİF MN kodlarını müəyyən etmək;Şirkətin istehsal etdiyi məhsulların müvafiq standartlara uyğun sınaqlarının yerli və xarici laborotoriyalarda keçirilməsini təmin etmək, sınaq protokollarının təqdim olunmasını təmin etmək:Sınaqların keçirilməsi, standartların satın alınması, məhsulların sertifikatlaşdırılması üçün müvafiq qurumlara tələb olunan müraciətləri etmək, müqavilələrin bağlanmasını, ödəmələrin həyata keçirilməsini təmin etmək;Standartlaşdırma haqqında qanuna uyğun şirkətdaxili qaydaları müəyyən etmək, müvafiq prosedurları, təlimatları tərtib etmək, təkmilləşdirmək;Məhsullar üçün gigiyenik sertifikatları almaq. TələblərTəhsil: Ali (magistr arzuolunandır);Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il;Dil bilikləri: Azərbaycan dili-səlis, rus və ingilis dilləri yaxşı səviyyədə;Kompyuter bilikləri: MS office (Word, Excel, Visio, Outlook);Fikrini aydın şəkildə izah etmək qabiliyyəti, ünsiyyət qurma bacarığı olmalı;İşə planlı yanaşma, nəticəyə fokuslanmalı;Çevik, tələbkar, problem həll etməyi bacarmalı. İş şəraiti:İş saatı: 09:00-dan 18:00-dək;İstirahət: Şənbə və bazar günü;İş yeri: Luxen Plaza;Korporativ nömrə verilir. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);Şəhərin mərkəzində ofis;Peşəkar inkişaf üçün təlimlər və seminarlar;Dinamik və gənc komanda ilə iş imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
