Vakansiya haqqında
Təsvir“Rabitəbank” ASC Mikro və Biznes Məhsulları üzrə Məhsul Sahibi (Rəqəmsal) vəzifəsinə işə qəbul elan edir. Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. Agile yanaşmalar əsasında mikro və kiçik biznes (KOB) müştəriləri üçün bank məhsullarının – kredit, hesab, ödəniş və əlavə dəyər yaradan xidmətlərin – yaradılması, inkişafı və rəqəmsallaşdırılmasına rəhbərlik etmək. Komanda ilə birlikdə bazar tələblərinə cavab verən çevik, rəqabətli və müştəriyönümlü məhsulların formalaşdırılmasını təmin etmək. Vəzifə öhdəlikləri: Mikro və KOB seqmentinə uyğun məhsul xəttinin formalaşdırılması və yol xəritəsinin hazırlanmasıRəqəmsal kanallar üzərindən təqdim edilən mikro və biznes məhsullarının təkmilləşdirilməsiProduct backlog-un idarə olunması, prioritetlərin müəyyən edilməsi və sprint planlamasıMüştəri ehtiyaclarının və rəqəmsal davranışlarının təhlili əsasında məhsul inkişafı təşəbbüslərinin irəli sürülməsiSatış, risk, hüquq, İT, marketinq və xidmət komandaları ilə sıx əməkdaşlıqData əsaslı qərarların verilməsi və məhsulun performansının daimi ölçülməsiRəqəmsal kredit, biznes hesabları, POS və ödəniş məhsullarının inkişafına yönəlik layihələrin idarə olunmasıFintech tərəfdaşları və daxili texnoloji komanda ilə birgə inteqrasiyaların təşkiliRəqib və bazar analizlərinin aparılması ilə innovativ həllərin təşviqiTələblərAli təhsil (Biznesin idarə olunması, Maliyyə, İqtisadiyyat, İT və ya əlaqəli sahə)Bank və ya fintech sahəsində, xüsusilə mikro/KOB məhsulları üzrə minimum 3 il təcrübəAgile metodologiyasında Product Owner kimi işləmə bacarığı (Scrum PO sertifikatı üstünlükdür)Rəqəmsal məhsullar üzrə biliklər və təcrübə – mobil bank, internet bankçılıq, onlayn kreditləşmə və s.Analitik düşüncə, təşəbbüskarlıq və istifadəçi mərkəzli dizayn yanaşmasıJira, Confluence, Power BI və ya digər məhsul idarəetmə alətləri ilə işləmə bacarığıAzərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (rus dili arzuolunandır)İmtiyazlar• Agile metodologiya ilə idarə olunan peşəkar komanda• Mikro və biznes sahəsində innovativ məhsul portfeli üzərində işləmək imkanı• Karyera inkişafı və peşəkar təlim proqramları• Sürətli qərarvermə və real təsir yarada biləcəyiniz mühit
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
