Vakansiya haqqında
Təsvir“Rabitəbank” ASC Kart Məhsulları üzrə Məhsul Sahibi (Product Owner) vəzifəsinə işə qəbul elan edir.Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.Agile yanaşmalar əsasında bankın kart məhsulları üzrə rəqəmsal həllərin yaradılmasına və inkişafına liderlik etmək. Müştəri ehtiyaclarına cavab verən, innovativ və bazarda rəqabətədavamlı məhsulları çevik komandalarla birlikdə planlamaq, formalaşdırmaq və tətbiq etmək.Vəzifə öhdəlikləri:Kart məhsulları üzrə strateji yol xəritəsinin hazırlanması və prioritetləşdirilməsiAgile komandada Product Owner kimi fəaliyyət göstərmək, backlog-u idarə etmək və sprint planlamasında aktiv iştirakMüştəri ehtiyaclarını, bazar trendlərini və rəqabəti təhlil edərək yeni məhsul və funksionallıqların formalaşdırılmasıİT, UX/UI, marketinq, risk və hüquq komandaları ilə sıx əməkdaşlıq edərək məhsulun başdan sona çatdırılmasını təmin etməkA/B testləri, istifadəçi rəyləri və data əsaslı qərarlarla məhsulun davamlı təkmilləşdirilməsini təmin etməkKart prosessinq sistemləri, loyallıq proqramları və tərəfdaş platformalarla inteqrasiya imkanlarını inkişaf etdirməkRəqəmsal kanallar (mobil tətbiq, internet bankçılıq və s.) vasitəsilə kart xidmətlərinin artırılmasına yönəlik təşəbbüslər irəli sürməkTələblərAli təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması, İnformasiya texnologiyaları və s.)Bank və ya fintech sahəsində, kart məhsulları üzrə minimum 3 il təcrübəAgile/Scrum çərçivəsində Product Owner kimi iş təcrübəsi (Scrum PO sertifikatı üstünlükdür)Product lifecycle, UX əsasları və rəqəmsal məhsul inkişafı barədə biliklərYüksək analitik düşüncə, təşəbbüskarlıq və qərarvermə bacarığıJira, Confluence, Figma kimi alətlərlə işləmə bacarığı üstünlük sayılırAzərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (rus dili arzuolunandır)İmtiyazlarAgile metodologiya ilə çalışan dinamik və innovativ komandaPeşəkar inkişafƏməkdaş yönümlü iş mühiti və çevik qərarvermə prosesi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
