Vakansiya haqqında
TəsvirBankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi. TələblərAli təhsil;İş təcrübəsi - Bank sahəsində minimum 6 ay;Ünsiyyət qurmaq və satış bacarığı;Riyazi biliklər;Komandada işləmək bacarığı. Biz Sizə nə təklif edirik Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;Könüllü tibbi sığorta proqramına qoşulma;Yığım sığortasına qoşulma imkanı;Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
