Vakansiya haqqında
📍BOKT "İDEAL KREDİT" MMC TəsvirBOKT-nin strateji hədəflərinə uyğun marketinq və satış strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi;BOKT-nin bazarda tanınmasının artırılması, brend imicinin gücləndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi;Kredit və digər maliyyə məhsullarının tanıdılması, satış həcminin artırılması və yeni müştərilərin cəlb olunması üçün marketinq kampaniyalarının hazırlanması və idarə olunması;Filiallar üzrə satış göstəricilərinin təhlili, satışların artırılmasına yönəlmiş təkliflərin hazırlanması və tətbiqi;Şirkətin məhsul və xidmətlərinin bazarda mövqeyinin gücləndirilməsi üçün bazar araşdırmalarının aparılması və əməli təkliflərin hazırlanması;Müxtəlif təşkilatlar, ticarət obyektləri və biznes subyektləri ilə əməkdaşlıqların qurulması, yeni satış kanallarının yaradılması və inkişaf etdirilməsi;Qısa və uzunmetrajlı reklam çarxlarının, təqdimat videolarının və digər marketinq materiallarının hazırlanması, çəkiliş prosesinin təşkili və nəzarəti;Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması, inkişaf etdirilməsi və effektivliyinin artırılması;Sosial media və rəqəmsal marketinq kampaniyalarının hazırlanması, idarə olunması və nəticələrinin təhlili;Marketinq fəaliyyətlərinin satış nəticələrinə təsirinin qiymətləndirilməsi və investisiya effektivliyinin təmin edilməsi;Marketinq büdcəsinin planlaşdırılması, idarə olunması və optimallaşdırılması;Marketinq fəaliyyəti, satış göstəriciləri və bazar trendləri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası, tapşırıqların icrasına və əmək intizamına nəzarət edilməsi;Şirkətin daxili qaydalarına, etik davranış prinsiplərinə və korporativ standartlarına riayət olunmasının təmin edilməsi;Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi. TələblərAli təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);Marketinq və ya satışın idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;Maliyyə, bank və ya BOKT sektorunda rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;Marketinq, satış və biznes inkişafı sahəsində strateji düşünmə qabiliyyəti;Güclü liderlik, komanda idarəetməsi, təqdimat və danışıqlar aparmaq bacarığı;Analitik düşüncə, təşəbbüskarlıq və nəticəyönümlülük;Sosial media idarəçiliyi və rəqəmsal marketinq alətləri üzrə biliklərə üstünlük verilir;Stressə davamlı, məsuliyyətli və yüksək təşkilatçılıq qabiliyyətinə malik olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
