Vakansiya haqqında
📍AzProduct İş şəraitiİş yeri: Bakıİş rejimi: Tam ştat (5 günlük iş qrafiki)Əməkhaqqı: Müsahibə əsasındaVəzifə öhdəlikləriSosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;“Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. Kimi göstəricilərini izləmək və təkmilləşdirmək.Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.Vəzifə üzrə tələblər:Ali təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ;Yaş həddi: 23-40 yaşTələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (üstünlükdür)Rəqəmsal marketinq alətləri və reklam platformaları ilə işləmə bacarığıKreativlik və təşəbbüskarlıqBiz nə təklif edirik:Rəqabətli əmək haqqıKaryera və peşəkar inkişaf imkanlarıTəlim və sertifikasiya dəstəyiStabil və peşəkar iş mühiti Uyğun namizədlər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (“Marketinq üzrəmütəxəssis”) mövzusu ilə göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
