Vakansiya haqqında
TəsvirLayihənin büdcəsinin və vaxt çərçivəsinin hazırlamanması və icra olunmasına nəzarət edilməsi;Auditoriyanın təyin edilməsi və kommunikasiya strategiyasının qurulması;Qrafik dizayn, motion dizayn, copywriting, PR, rəqəmsal marketinq, sosial media və outdoor reklam kimi müxtəlif komandalar arasında işlərin koordinasiyasının təmin edilməsi;Müxtəlif kommunikasiya kanallarının düzgün və koordinasiyalı şəkildə işləməsinə nəzarət edilməsi;Layihə ərzində meydana gələn dəyişikliklərə çevik reaksiya verərək layihənin tənzimlənməsi;Ümumi kommunikasiya üzrə büdcənin tərəfdaşlarla bölüşdürülməsi;Satış və icra göstəricilərinin təhlil edilməsi;Bütün xərcləri toplayaraq yekun büdcə hesabatını hazırlanmasl;Görülmüş işlərin effektivliyini ölçərək hesabat hazırlanması;Kommunikasiya bitdikdən sonra tərəfdaşlar tərəfindən ödənişlərin hesabatı və nəzarət edilməsi;Yeni məhsullar üçün kommunikasiya planlarının hazırlanması və icrası;Kommersiya şöbəsindən daxil olan müraciətlərin təhlili və kateqoriya üzrə uyğun məhsulların seçilməsi;Mövsümi və məhsul yönümlü kampaniyaların təklifi və icrası;Bazar trendlərinin və istehlakçı davranışlarının araşdırılması;Lokal və beynəlxalq bazardakı meyllərin izlənilməsi və uyğun strategiyaların formalaşdırılması.TələblərAli təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);Marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi;Azərbaycan dilində səlis, ingilis və/və ya rus dillərindən ən azı birində yaxşı səviyyədə ünsiyyət bacarığı;Microsoft Excel (və ya Google Sheets), Outlook proqramlarında sərbəst işləmə bacarığı;Marketinq strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və təcrübə;Analitik düşünmə, bazar araşdırmalarının aparılması və əldə olunan məlumatların təhlil edilməsi bacarığı;Güclü planlaşdırma, təşkilatçılıq və eyni vaxtda bir neçə layihəni effektiv idarəetmə bacarığı;Yaradıcı düşüncə, innovativ yanaşma və problem həll etmə bacarığı;Güclü kommunikasiya, təqdimat, komanda ilə əməkdaşlıq və koordinasiya bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
