Vakansiya haqqında
📍ProGeniusKomandamıza Marketinq üzrə menecer axtarışındayıq📢Vəzifə öhdəlikləri:· Şirkətin strategiyasına uyğun marketinq fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək;· Yeni məhsul və xidmətlər üçün marketinq tədbirlərini hazırlamaq və tətbiq etmək;· Bazar imkanlarını araşdırmaq, seqment xüsusiyyətlərini və dəyişmə meyllərini təhlil etmək;· Məhsul və xidmətlərin tanıdılması üçün layihəçilər, reklam verənlər və istehsal menecerləri ilə əməkdaşlıq etmək;· Rəqəmsal kanallar və sosial media vasitəsilə kampaniyalar yaratmaq və optimallaşdırmaq;· Müştəri rəylərini toplamaq, marketinq göstəricilərini izləmək və hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;· Yeni trendlər və rəqəmsal alətlər əsasında marketinq strategiyasını inkişaf etdirmək.Namizədə qoyulan tələblər:· Ali təhsil (Marketinq, İqtisadiyyat, PR və ya əlaqəli sahələr üzrə);· Marketing sahəsində ən azı 2 il iş təcrübəsi, xüsusilə rəqəmsal və sosial media marketinqində;· Azərbaycan dili mükəmməl, Rus dili , İngilis dili bilikləri üstünlükdür;· Marketinq analitik alətlərindən yüksək səviyyədə istifadə etmə bacarığı;· Kreativ və innovativ yanaşmalarla yeni ideyalar təqdim etmək;· Həm yazılı, həm də şifahi ünsiyyət qabiliyyətinin yüksək olması;· Çoxsaylı layihələri paralel olaraq idarə etmək və son tarixlərə riayət etmək bacarığı;Bizim təklif etdiklərimiz:· Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;· Əməkhaqqı - 2000 AZN (NET);· İş yeri - Bakı ofisi;Komandamızın bir hissəsi olmaq istəyirsinizsə,CV-nizi nigar.imanova@progenius.az ünvanına göndərərək müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
