Vakansiya haqqında
📍Pasha MallsTəsvirPASHA Malls üçün reklam gəlirləri üzrə tərəfdaşlarla münasibətlərin idarə olunmasını və koordinasiyasını həyata keçirmək;Tender proseslərinin və müqavilələrin hazırlanmasının koordinasiyasını təmin etmək;Reklamların dəyişdirilməsi ilə bağlı icazə proseslərinin vaxtında tamamlanmasına nəzarət etmək;Hesab-faktura (invoice) proseslərinin mütəmadi monitorinqini və nəzarətini həyata keçirmək, müvafiq hesabatlar hazırlamaq;PASHA Malls-ın LinkedIn səhifəsinin idarə olunması üzrə strateji planlar hazırlamaq və icrasını təmin etmək;İzləyici aktivliyini (engagement) artırmaq və məzmunu şirkətin brend hədəflərinə uyğunlaşdırmaq;Qlobal marketinq trendlərini və gündəmlərini izləmək, mütəmadi hesabatlar təqdim etmək;PASHA Malls brendlərinin təşviqi üçün innovativ marketinq kanalları və tədbirlər təklif etmək;Marketinq təşəbbüslərində süni intellektin (AI) tətbiqi imkanlarını araşdırmaq;Marketinq layihələrində AI əsaslı alət və texnologiyaların inteqrasiyasına rəhbərlik etmək;Ticarət mərkəzlərinə (mall) uyğun mobil tətbiqlər üzrə qlobal trendləri və ən yaxşı təcrübələri araşdırmaq;Şirkət tərəfindən mobil tətbiqin tətbiqi ilə bağlı qərar verildiyi halda, inkişaf prosesinə nəzarət etmək;Tədbirlər üçün video hazırlanması daxil olmaqla, təyin edilmiş layihə əsaslı işlərin idarə olunmasını təmin etmək;Təyin edilmiş marketinq mövzuları üzrə detallı hesabatlar və təhlillər hazırlamaq;HR tərəfindən təşəbbüs edilən marketinq layihələrinə dəstək göstərmək;PASHA Malls brendinin gücləndirilməsi məqsədilə strategiyalar hazırlamaq və müvafiq fəaliyyətləri icra etmək. TələblərMüvafiq sahə üzrə bakalavr dərəcəsi (Marketinq, Kommunikasiya, Tədbirlərin İdarə Edilməsi və s.);Oxşar vəzifədə minimum 5 il iş təcrübəsi; üstünlük oxşar sahələrdə (ticarət mərkəzləri, hotellər və s.) təcrübəsi olan namizədlərə verilir;Dizayn proqramları üzrə orta səviyyədə biliklərin olması üstünlükdür;Sosial media idarəçiliyi üzrə güclü bilik və təcrübə;Lüks pərakəndə brendlərlə əvvəlki iş təcrübəsi üstünlükdür;Eyni vaxtda bir neçə vaxt məhdudiyyətli layihəni idarə etmək üçün güclü zamanın idarə olunması bacarıqları;Hesabatların və təqdimatların hazırlanması, marketinq göstəricilərinin təhlili, məlumatların çıxarılması və komanda üzvləri ilə paylaşılması üçün yaxşı kompüter bacarıqları;Media ilə güclü işgüzar əlaqələrin olması;Tədbirlərin təşkili və idarə olunması, eləcə də məhsul təqdimatları üzrə təcrübə;Yaradıcılıq və ən son marketinq trendləri barədə məlumatlılıq;Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;Azərbaycan, İngilis və Rus dillərində səlis bilik;Ölkə daxilində ezamiyyətə çıxmaq imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
