Vakansiya haqqında
Müəssisə: AL MARKET MMCNamizədə tələblər:Ali təhsil (Marketinq, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə);Marketinq sahəsində minimum 5 il, idarəçi vəzifəsində minimum 2 il iş təcrübəsi;Rəqəmsal marketinq alətləri və platformaları üzrə dərin biliklər (Google Ads, Meta Ads, SEO, analitika və s.);Kreativ düşüncə tərzi və analitik bacarıqlar;Reklam, PR və media planlaşdırması sahəsində praktiki təcrübə;Komandaya rəhbərlik etmək, işləri planlamaq və icrasına nəzarət etmək bacarığı;Güclü kommunikasiya və təqdimat bacarıqları;Azərbaycan dilində sərbəst, ingilis dili və rus dili bilikləri üstünlükdür.Vəzifə öhdəlikləri:Reklam, video və foto çəkilişlərin planlanması, icrası və keyfiyyətinə nəzarət etmək;Şirkətin ümumi strateji hədəflərinə uyğun olaraq rəqəmsal marketinq strategiyasını və büdcəsini aylıq əsasda planlamaq və icrasına nəzarət etmək;Rəqəmsal reklam kanallarında (Google Ads, Google Display Network, Facebook, Instagram və digər sosial şəbəkələr) kampaniyaların planlanması, idarə edilməsi və nəticələrinin izlənməsi;Kampaniya postlarının, videolarının və digər kontentin yaradılmasına nəzarət etmək;Reklam nəticələrinin analitik təhlilini aparmaq, nəticələrə uyğun kampaniyaları optimallaşdırmaq;Rəqiblərin marketinq fəaliyyətlərini izləmək, alternativ reklam imkanlarını araşdırmaq və müvafiq təkliflər təqdim etmək;Rəqəmsal trendləri izləmək, kreativ ideyalar hazırlamaq və tətbiqi ilə bağlı təkliflər vermək;“Influencer” marketinq planlarını hazırlamaq, uyğun şəxslərlə əməkdaşlıqları təşkil etmək və kampaniyaların icrasına nəzarət etmək;Sosial media hesablarının idarə olunması, kontent və paylaşım planının hazırlanması və icrası;Yeni PL məhsullar üçün ad seçimi, dizayn işlərinin agentliklə koordinasiyası və icrasına nəzarət etmək;Outdoor reklamların (metrolar, Asan Xidmət mərkəzləri və s.) aylıq planlanması və agentliklə icrasının təmin olunması;PR və reklam materiallarının (dərgilər, holdinq daxilindəki imkanlar, televiziya, xəbər saytları və s.) hazırlanması və yayımlanmasına nəzarət etmək;Televiziya və xəbər saytlarında PR xəbərlərinin, reklam sujetlərinin hazırlanmasını və yayımlanmasını təşkil etmək;Korporativ sosial məsuliyyət layihələrinin planlanması və həyata keçirilməsi;Marketinq şöbəsinin ümumi fəaliyyətinə rəhbərlik etmək, komanda işini təşkil etmək və qarşıya çıxan məsələlərin həllini təmin etmək;Rəhbərliyin tapşırıqları əsasında yeni layihələrin araşdırılması, planlanması və icrasını təşkil etmək.İş vaxtının norması: 5 günlük iş rejimi;İstirahət günü: Şənbə və Bazar günü.Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:Əmək haqqı razılaşma yolu ilə;Nahar şirkət tərəfindən təmin edilir;Ünvan: Bakı şəhəriTələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq şöbə müdiri Al Market - 27290” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
