Vakansiya haqqında
Təsvir· Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;· Bank məhsul və xidmətləri üzrə müvafiq bazar araşdırmaları aparmaq;· Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;· Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;· Reklam kanallarının effektivliyinin izləniləməsi;· Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;· Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;· Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək.Tələblər· Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;· Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi (bank sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;· Analitik düşünmə qabiliyyəti;· Microsoft Office proqramlarından istifadə bacarığı;· Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;· Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;· Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
