Vakansiya haqqında
📍Flexline MMC FLEXLINE MMC komandamıza qoşulmaq üçün peşəkar, yaradıcı və nəticəyönümlü Marketinq Meneceri axtarır.Vəzifə öhdəlikləriŞirkətin illik və aylıq marketinq strategiyasının hazırlanması və icrasına nəzarət etmək;Marketinq planlarının, kampaniyaların və layihələrin effektiv şəkildə həyata keçirilməsini təmin etmək;İllik marketinq büdcəsini formalaşdırmaq, idarə etmək və büdcə üzrə hesabatlılığı təmin etmək;Marketinq şöbəsinin xərclərinə nəzarət etmək və xərclərin optimallaşdırılması istiqamətində təkliflər vermək;Rəqəmsal marketinq, SMM, dizayn, video çəkiliş, kontent və reklam fəaliyyətlərini koordinasiya etmək;Şirkətin brend strategiyasının inkişaf etdirilməsində iştirak etmək və korporativ imicin qorunmasını təmin etmək;Çəkilişlərin, tədbirlərin və promosiya fəaliyyətlərinin təşkili və idarə edilməsində iştirak etmək;Agentliklər, frilanserlər, dizaynerlər, targetoloqlar, fotoqraflar və digər tərəfdaşlarla iş prosesini koordinasiya etmək;Reklam kampaniyalarının effektivliyini KPI göstəriciləri əsasında qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək;Satış komandası ilə sıx əməkdaşlıq edərək satışları dəstəkləyən marketinq fəaliyyətlərini həyata keçirmək;Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və analitik hesabatlar hazırlamaq;Müştəri davranışlarını təhlil etmək və marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;Yeni marketinq alətlərinin və süni intellekt texnologiyalarının tətbiq imkanlarını araşdırmaq.Namizədə tələblərMarketinq sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi;Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;Rəqəmsal marketinq, sosial media marketinqi və performans marketinqi üzrə biliklər;Meta Ads, Google Ads, Google Analytics və digər analitik alətlərlə işləmək bacarığı;Kontent marketinqi və brend idarəçiliyi sahəsində təcrübə;Güclü analitik düşüncə və nəticəyönümlü yanaşma;Büdcə planlaşdırılması və idarə olunması üzrə təcrübə;Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;Canva, CapCut, Meta Business Suite, Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı;Süni intellekt (ChatGPT və digər AI alətləri) ilə işləmək bacarığı;Yüksək təşkilatçılıq, təqdimat və ünsiyyət bacarıqları;Komandanı idarə etmək və bir neçə layihəni paralel şəkildə koordinasiya etmək bacarığı;25–40 yaş aralığında olmaq;Həm qadın, həm də kişi namizədlər müraciət edə bilərlər.İş şəraitiTam ştat;Ofis daxili iş rejimi;Əmək haqqı: 2000 AZN;İş ünvanı: Həsən bəy Zərdabi küçəsi 62;Şirkət tərəfindən nahar təmin olunur;Premium idman zalından ödənişsiz istifadə imkanı;Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
