Vakansiya haqqında
Gelato Baku LLCVAKANSİYA ELANIMarketinq MeneceriŞirkətimiz komandanı gücləndirmək üçün təcrübəli və yaradıcı “Marketinq Meneceri” vəzifəsi üzrə işçi axtarışındadır. Əgər siz brend inkişafına, rəqəmsal marketinqə və məhsulun bazarda uğurlu təqdim olunmasına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.Vəzifə öhdəlikləriŞirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsiBrendin bazarda tanınması və inkişafı üzrə fəaliyyətlərin planlaşdırılmasıRəqəmsal marketinq kampaniyalarının (sosial media, SEO, kontent marketinqi) idarə olunmasıBazar araşdırmalarının aparılması və rəqiblərin təhliliMarketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinin təmin edilməsiSatış və digər departamentlərlə əməkdaşlığın qurulmasıMarketinq fəaliyyətlərinin nəticələrinin analiz edilməsi və hesabatların hazırlanmasıYeni məhsul və xidmətlərin bazara çıxarılması prosesində iştirakKontent hazırlanması (qrafik dizayn və real çəkilişlər - Instagram üçün reels və foto materialları). Peşəkar foto və video çəkiliş avadanlığı şirkət tərəfindən təmin olunacaqInstagram mesajları vasitəsilə müştərilərlə əlaqələrin idarə edilməsiWolt merchant tətbiqində müştəri məmnuniyyətinin idarə olunmasıPromosion tədbirlərinin təşkili və hesabatlılığıMüxtəlif məhsul kateqoriyaları üzrə marketinq: ərzaq məhsulları, market (mall) məhsulları - içkilər, dondurma və desertlər, qəhvə və isti içkilərŞirkətin ERP sistemi vasitəsilə məhsul idarəetməsi - yeni bundle-lar, qiymət artımı və digər dəyişikliklər zamanıTrendlərdən xəbərdar olmaq və müvafiq təklifləri direktora çatdırmaqMəhsul biliyiİnfluenserlərlə iş təcrübəsiTələblərMarketinq, İdarəetmə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsilMarketinq sahəsində minimum 3 il iş təcrübəsi (menecer səviyyəsində üstünlükdür)Rəqəmsal marketinq alətləri (Google Analytics, Meta Ads, SEO/SEM) üzrə biliklərAnalitik düşüncə tərzi və strateji planlaşdırma bacarığıAzərbaycan dilində sərbəst, ingilis və/və ya rus dilini bilmək üstünlükdürKomanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyətiYaradıcılıq, təşəbbüskarlıq və nəticəyönümlülükVizual uyğunluq biliyi - rənglər, simmetriya, brendbuk və s.Tədbir (event) idarəetməsi təcrübəsiReels hazırlanması, video və foto redaktəsi bacarıqlarıKontent hazırlanması və hesabatlılıq üçün AI alətlərindən istifadə təcrübəsiTrend analizi və trendlərin musiqi/səs istiqamətində dərindən bilinməsiSahə və məhsula xas biliklərİnfluenser marketinqi üzrə biliklərŞirkət nə təklif edirRəqabətqabiliyyətli əmək haqqıPeşəkar inkişaf və təlim imkanlarıDostluq mühiti və dinamik komandaKaryera yüksəlişi imkanlarıMüraciət qaydasıMaraqlanan namizədlər CV-lərini “Marketinq Meneceri” vəzifəsinin adını qeyd edərək aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:E-mail: info@mochiki.com
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
