Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍ARNE Group MMC Vəzifə öhdəlikləri:Şirkətin ümumi marketinq strategiyasına uyğun olaraq sosial media, rəqəmsal reklamlar, açıq hava və qapalı məkan reklamları, çap və media kampaniyalarının planlaşdırılması və icrasının təmin edilməsi;Marketinq sahəsində əməkdaşlıq ediləcək kreativ agentliklərin seçilməsi, müqavilələrin bağlanması və onların fəaliyyətinə nəzarət edilməsi;Marketinq kommunikasiyaları çərçivəsində reklam kampaniyalarının strategiyasının hazırlanması, icrası və effektivliyinin təhlili;Brendin bazar mövqeyinin qorunması və inkişafı məqsədilə marketinq kommunikasiyalarının strateji və mütəmadi idarə olunması;Sosial media platformalarında (Facebook, Instagram, TikTok, LinkedIn, YouTube və s.) brendin tanıtım strategiyasının hazırlanması və icrasına nəzarət;Reklam, çap, tədbir təşkilatı, dizayn və digər marketinq xidmətləri göstərən tərəfdaş şirkətlərlə əməkdaşlığın qurulması və əlaqələrin idarə olunması;Marketinq kommunikasiyaları üçün ayrılmış büdcənin səmərəli idarə edilməsi və investisiya qaytarılışının (ROI) maksimuma çatdırılması;Bütün reklam və kommunikasiya fəaliyyətlərinin nəticələrinin təhlili, optimallaşdırılması və inkişaf strategiyalarının hazırlanması;Şirkət daxilində və ictimaiyyətlə əlaqələrin effektiv idarə olunmasına dəstək göstərilməsi;Rəqib fəaliyyətlərinin və bazar trendlərinin mütəmadi təhlili, innovativ marketinq yanaşmalarının tətbiqi üçün təkliflərin hazırlanması.İş şəraiti: 5 günlük iş həftəsi (09:00 – 18:00);Əmək haqqı: 2500-3000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).Namizədə dair tələblər:Marketinq, Biznesin İdarəedilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;FMCG sektorunda marketinq kommunikasiyaları üzrə minimum 3 il təcrübə;Kreativ agentliklərin idarə edilməsi və reklam kanalları üzrə biliklər;Rəqəmsal marketinq və sosial media idarəçiliyi üzrə təcrübə;Marketinq kampaniyalarının idarə edilməsi və effektivliyinin ölçülməsi bacarığı;Təchizatçı və tərəfdaş əlaqələrinin qurulması və idarə olunması təcrübəsi;Büdcə planlaşdırma və idarəetmə bacarığı;Yaradıcı və strateji düşüncə, güclü kommunikasiya və layihə idarəetmə bacarıqları;Azərbaycan dili səlis, ingilis və rus dili biliyi arzuolunandır.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Marketinq kommunikasiyaları üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.