Vakansiya haqqında
Komandamız üçün strategiya və yaradıcılığı birləşdirə bilən Marketinq Direktoru axtarışındayıq.Vəzifə öhdəlikləri:Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;Aylıq, rüblük marketinq planın tərtib olunması və icrasıTabeliyində olan komandanın idarə olunmasıBrend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idərsi;Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə vebsaytdakı nəticələrin təhlili;Digər şöbələrlə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;Tələb olunan bilik və bacarıqlar:Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)Rəqəmsal marketinq kanalları ilə işləmə bacarığı (SEO, SEM və s.);Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;Stratejik düşünmə və analitika bacarığı;Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;Effektiv kommunikasiya bacarığı;Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis dilini bilməsi üstünlükdür).İş şəraiti:İş saatı: 1-5 günlər 9:00- 18:00Əmək haqqı: Fix və Bonusdan ibarətdir. Bu barədə məlumat müsahibə zamanı açıqlanır.Ünvan: Bakıxanov qəs. Bəşir Bünyadov 3KMaraqlanan namizlədlər CV nümunələrini info@arggroup.az e-mail ünvanına, mövzu hissəsinə "Marketinq Direktor" yazaraq göndərə, və ya +994 51 270 92 27 nömrəsi ilə əlaqə yarada bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
