Vakansiya haqqında
Təsvirİşiniz nədən ibarətdir?Baş mütəxəssislər tərəfindən verilən dizayn tapşırıqlara diqqətlə yerinə yetirmək;İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq (veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılması);Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq (rənglər, fontlar və digər vizual elementlər üzərində işləmək);Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq (geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq);PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər yaratmaq;Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq;Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq;Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. TələblərSizdən nə tələb olunur?Tələb olunan iş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 1 ildən artıq/ Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür.Texniki səriştələr: Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi; Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər; İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna ail dizayn işlərinə daha çox önəm verilir; Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi; Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə.Xarici dillər: İngilis dili (orta səviyyə)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
