Vakansiya haqqında
Marketing Menecer & Kontent Menecer Crazyyy Frog agentliyimizə dərin bazar araşdırmasına, analitikaya, strategiyaya və yaradıcı kontent istehsalına cavabdeh olacaq Marketing Menecer & Kontent Menecer axtarırıq! Vəzifə Öhdəlikləri:Məlumatın Toplanması & Analitik Zəmin: Sahə, rəqib və hədəf auditoriya analizlərinin aparılması, insaytların (insight) çıxarılması;Strategiya: Analizlər əsasında brendlərin sosial media inkişafı üçün uzunmüddətli marketinq və kontent strategiyalarının qurulması;Kontent İstehsalı & İcra: Satış, emosional və maarifləndirici vizual/video kontent konsepsiyalarının, ssenarilərin və kopiraytinqin hazırlanması;Çəkilişə Nəzarət: Hazırlanmış kontentlərin çəkiliş prosesində kreativ tərəfə rəhbərlik edilməsi;Monitorinq & Hesabatlıq: Paylaşılmış kontentlərin performansının izlənilməsi, analitiklərin emal edilməsi və strategiyanın optimallaşdırılması.Tələblər:Marketinq araşdırmaları, analitika və kontent strategiyası sahəsində minimum 6 ay - 1 il agentlik təcrübəsi;Azərbaycan dilində mükəmməl yazı və kopiraytinq bacarığı (loru, samimi və hədəf kütləyə uyğun tonda yazmaq qabiliyyəti);Analitik düşüncə toplanan datanı oxumaq və ondan brend üçün strategiya çıxarmaq bacarığı;Task menecment toollarından (Trello, Notion və s.) istifadə vərdişi. İş Şərtləri:İş qrafiki: Həftənin 5 günü, saat 10:00 - 18:30 Əməkhaqqı: 700 AZN (Artan performans və layihə sayına uyğun inkişaf imkanı).Müraciət üçün:CV və daha öncə hazırladığınız strategiya/kontent nümunələrini "Marketing Menecer / Kontent" başlığı ilə 0509808260 ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
