Vakansiya haqqında
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Marketing Manager” vəzifəsi üzrə aktiv vakansiya var. Tələblərimiz:Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi ixtisasları üzrə);Yaş həddi: 22–35; Rus və İngilis dili bilikləri (ən azı orta səviyyədə olması arzuolunandır); Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi minimum 2 il iş təcrübəsi;Marketinq strategiyalarının hazırlanması və büdcənin formalaşdırılması və icrası bacarığı;Yaradıcı düşünmə və innovativ yanaşma ilə ideyalar irəli sürmək bacarığı; Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq proqramları üzrə biliklər (üstünlükdür); Analitik düşüncə qabiliyyəti, araşdırma aparmaq bacarığı; Güclü ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətli, dəqiq, etibarlı və nəticəyönümlü olmaq.İş öhdəlikləri:İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;Analizə əsasən optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.İş şəraiti:Öyrədici və inkişafyönümlü iş mühiti; Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə; İş qrafiki: həftədə 6 gün; İş saatları: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Şənbə: 10:00 – 17:00 Əmək haqqı namizədin bilik və bacarıqlarına, iş təcrübəsinə və tələblərə uyğunluğuna əsasən müəyyən edilir.Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Marketing Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
