Vakansiya haqqında
NetAnt İşin təsviriNetant reklam agentliyinə Marketing manager axtarılır. Seçilən namizəd agentliyin müştəriləri ilə işləyəcək — həm offline (event təşkili, promo kampaniyalar), həm də digital istiqamətlər üzrə.Həm bu sahədə təcrübəsi olan, həmçinin də təcrübəsi olmayan, lakin inkişaf potensialı yüksək olan namizədlərin CV-lərinə baxılacaq. Şirkətdə perspektivli işçilər üçün treninqlər keçirilir.TələblərDil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma; ingilis dili — orta və yuxarı səviyyədə;İqtisadiyyat, marketinq, menecment, riyaziyyat və ya texniki sahədə ali təhsil üstünlükdür;Microsoft Office paketi (Excel, PowerPoint, Word, Outlook) ilə peşəkar səviyyədə işləmə bacarığı;Süni intellekt (AI) alətlərindən iş prosesində istifadə bacarığı;Analitik düşüncə tərzi — rəqəmlər, cədvəllər və verilənlər bazası ilə rahat işləmək;Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü;Digital reklam alətləri (Google Ads, Facebook Ads Manager, Google Analytics) ilə tanışlıq üstünlükdür;İşgüzar yazışma (business correspondence) və şifahi ünsiyyət bacarığı;Məsuliyyətlilik, məqsədyönlülük, komandada işləmə bacarığı və davamlı inkişaf istəyi.Vəzifə öhdəlikləriMövcud müştəri bazası ilə gündəlik ünsiyyət və yazışma (əsasən e-mail vasitəsilə);Media strategiyalarının hazırlanmasında iştirak, media planların tərtibi və icrası;Reklamın müxtəlif platformalarda və KİV-də yerləşdirilməsi və nəticələrin analizi;Offline fəaliyyətlərin — event təşkili və promo kampaniyaların — koordinasiyası;Reklam kampaniyalarının gedişatına nəzarət və müntəzəm hesabatların hazırlanması;Müştərilər üçün təqdimatların və yeni reklam alətlərinin hazırlanması.Qeyd: Vəzifə yeni müştəri axtarışı və cəlb edilməsini Tələb etmir.İş şəraiti5 günlük iş həftəsi, iş saatları: 10:00 – 18:00;Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;Şəhərin mərkəzində, əlverişli yerdə müasir ofis;Gənc, peşəkar, yaradıcı və gülərüz kollektiv;Beynəlxalq standartlara uyğun hazırlıq və daxili treninqlər;Karyera artımı perspektivi.Əmək haqqıƏmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən — namizədin təcrübəsi, bilik və bacarıqlarından asılı olaraq müəyyən edilir.CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində "Marketing manager" qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
