Vakansiya haqqında
TəsvirMüəssisənin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və ya zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) və idarəetmə hesabatlarının hazırlanması işinin təşkili;Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarların qəbul edilməsi üçün təkliflərin verilməsi;Müəssisənin illik büdcəsinin tərtib olunması və onun icrasına nəzarət, o cümlədən, aylıq, rüblük və illik əsasda büdcə-fakt hesabatlarının hazırlanması işinin təşkili;Daxili və xarici auditorlarla koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi;Xarici audit prosesinin tam koordinasiya edilməsi;Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin təhlilinin həyata keçirilməsi işinin təşkili;Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;Ay və il bağlantılarına nəzarət edilməsi, çatışmazlıqların vaxtında aradan qaldırılması;Mühasibat uçotunun standartlara uyğun olaraq təşkil olunmasını koordinasiya edilməsi;Müəssisənin iqtisadi göstəriciləri ilə başqa müəssisələrin göstəricilərinin müqayisəli təhlilinin aparılması, müəssisənin maliyyə göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması;Müəssisənin iqtisadi fəaliyyətinin yekunları barədə hesabatların yuxarı təşkilatlara vaxtında verilməsinə nəzarət;Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.TələblərMühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;Analoji sahə üzrə minimum 5 il iş təcrübəsi;Maliyyə və mühasibatlığa dair yerli qanunvericiliyin tələblərinə dair müfəssəl biliklər;Maliyyə uçotunun beynəlxalq standartlarına dair müfəssəl biliklər;1C 8.3 ERP proqramında işləmək bacarığı;MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;Liderlik, komanda ilə işləmə, ünsiyyət və təqdimetmə bacarıqları;Son tarixlərlə işləmə, çevik qərar-vermə və problem həll etmə bacarıqları;Aidiyyatı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması bacarığı;Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;Beynəlxalq səviyyəli sertifikatların (CFA, ACCA, CIMA) olması arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
