Vakansiya haqqında
TəsvirAQA Şirkətlər Qrupu "Maliyyə üzrə təcrübəçi" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri:Maliyyə sənədlərinin (qaimə, hesab-faktura, ödəniş tapşırıqları və s.) düzgün şəkildə işlənməsinə dəstək göstərmək;Gündəlik gəlir və xərclərin uçotunun aparılmasında iştirak etmək;Bank əməliyyatları, ödənişlər və qalıqların izlənməsi prosesinə yardım etmək;Mühasibat və maliyyə hesabatlarının hazırlanmasında maliyyə komandasına dəstək olmaq;Maliyyə göstəricilərinin analizində, aylıq və rüblük hesabatların hazırlanmasında iştirak etmək;Maliyyə sənədlərinin arxivləşdirilməsi və sistemə düzgün şəkildə daxil edilməsini təmin etmək;Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq icra etmək.TələblərAli təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);İş təcrübəsi tələb olunmur;MS Office (xüsusən excel) üzrə minimum biliklərə sahib olmalı;Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı;Komandada işləmək və vaxt idarəetmə qabiliyyəti;Mühasibat və ya maliyyə sahəsində ilkin biliklərə sahib olmaq üstünlükdür. İş şəraiti:Əmək haqqı: 400.00 AZN (gross)İş vaxtı: 09:00–dan 13:00 dək və ya 14:00 dan 18:00 dək (Full time üstünlükdür);İstirahət günləri: Şənbə və Bazar. Əlavə məlumat:Təcrübəni uğurla başa vuran namizədlərə daimi iş imkanı təklif oluna bilər. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
