Vakansiya haqqında
Təsvir· Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;· Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;· Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi;· Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;· Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;· Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;· Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.Tələblər· Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;· Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə;· Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;· Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel);· Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;· Kommunikasiya qabiliyyətinin yüksək olması;· Komanda ilə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
