Vakansiya haqqında
📍Hajigabul Poultry Farm Company İş barədə məlumat:Şirkətin maliyyə strategiyasını formalaşdırmaq və həyata keçirmək;Maliyyə axınlarını və büdcəni idarə etmək, xərclərin optimallaşdırılmasını təmin etmək;Maliyyə hesabatlarının (gəlir və xərclər, balans hesabatları) hazırlanmasına nəzarət etmək və rəhbərliyə təqdim etmək;Vergi, audit və maliyyə nəzarəti proseslərini təşkil etmək;Kapital və investisiya planlamasını həyata keçirmək;Banklar, kreditorlar və digər maliyyə qurumları ilə əməkdaşlığı koordinasiya etmək;Risklərin təhlili və idarə edilməsi proseslərini təşkil etmək;Mühasibatlıq və maliyyə komandası ilə birgə işləyərək düzgün uçot sistemini təmin etmək;Şirkətin maliyyə göstəricilərinin inkişafına töhfə vermək üçün analitik təhlillər aparmaq;Maliyyə proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək;Rəhbərliyə mütəmadi olaraq maliyyə vəziyyəti ilə bağlı hesabat və təkliflər təqdim etmək;Nahar şirkət tərəfindən təmin edilir;Servis mövcuddur;Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.Tələblər:Yaş həddi : 35-50 yaş arasıMaliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;Maliyyə idarəçiliyi sahəsində minimum 5 il rəhbər vəzifədə iş təcrübəsi(istehsalat sahəsində təcrübə üstünlükdür);Beynəlxalq maliyyə standartları (IFRS) və yerli vergi qanunvericiliyi üzrə biliklər;MS Office, 1C, ERP sistemləri ilə işləmə bacarığı;Güclü analitik düşünmə və strateji planlaşdırma bacarığı;Rəhbərlik və komanda idarəetmə bacarığı;Stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti;İngilis və rus dillərini bilmək üstünlükdür.Əgər siz maliyyə sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
