Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Maliyyə departamentinin rəhbəri

BakıMənbə: Work.az

Vakansiya haqqında

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri:Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi; Müxtəlif maliyyə hesabatlarının yoxlanması və hazırlanmasında yaxından iştirak; Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması; Xərclərin təhlili və layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak;Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;Sistem üzərində nəzarət mexanizmlərinin qurulması və mövcud sistemin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması;Yeni mühasibatlıq, mal material, əsas vəsait və maliyyə prosedurlarının və nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;ERP sisteminin qurulması və texniki komandaya rəhbərlik;Üst rəhbəri tərəfindən verilən tapşırıqların zamanında dəqiqi və düzgün yerinə yetirməlidir.Vəzifə tələbləri:Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;Magistr dərəcəsi üstünlükdür; ACCA, CIMA, CFA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür; Maliyyə, büdcə planlaşdırılması, maliyyə nəzarəti və ya korporativ maliyyə sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi; İllik büdcənin hazırlanması, konsolidasiyası, icrasına nəzarət, büdcə-fakt təhlili və forecast/rolling forecast üzrə praktiki təcrübə; Maliyyə modelləşdirilməsi, proqnozlaşdırma, ssenari təhlili və investisiya layihələrinin maliyyə qiymətləndirilməsi üzrə güclü bilik; P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili, həmçinin IFRS və idarəetmə hesabatlılığı üzrə bilik və təcrübə; Xərc və rentabellik təhlili, cash flow, likvidlik, dövriyyə kapitalı və maliyyə risklərinin idarə olunması üzrə təcrübə; Maliyyə və biznes KPI-larının müəyyən edilməsi, monitorinqi və nəticələrin rəhbərliyə təqdim edilməsi bacarığı; Audit, vergi, daxili maliyyə nəzarəti və maliyyə prosedurları üzrə bilik və təcrübə; ERP sistemləri və MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı; Güclü analitik və strateji düşünmə, qərarvermə, komanda idarəetməsi və funksiyalararası əməkdaşlıq bacarığı; Yüksək məsuliyyətlilik, dəqiqlik, məxfilik, təşəbbüskarlıq, nəticəyönümlülük və liderlik keyfiyyətləri; Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.Əlavə məlumat:İşəgötürən: Eden Agro MMCStruktur: Maliyyə departamentiBirbaşa rəhbər: Baş maliyyə inzibatçısıİş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəziİş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)Biz təklif edirik:Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;Korporativ tibbi sığorta paketi;Peşəkar və liderlik inkişaf proqramları;Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.Maraqlanan şəxslər öz CV formalarını "Maliyyə departamentinin rəhbəri" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına göndərə bilərlər. Mənbə; https://azsf.az/vacancy/maliyye_departamentinin_rehberi

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.