Vakansiya haqqında
📍Emsan Vəzifə öhdəlikləri:Mağazanın gündəlik fəaliyyətinin effektiv təşkil edilməsi və idarə olunması;Satış planlarının icrasının təmin edilməsi və satış nəticələrinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;Mağaza heyətinin idarə olunması, iş bölgüsünün aparılması və iş prosesinin koordinasiya edilməsi;İşçi performansının mütəmadi qiymətləndirilməsi, inkişafının dəstəklənməsi və komandanın motivasiyasının yüksək səviyyədə saxlanılması;Müştəri məmnuniyyətinin təmin edilməsi, müraciət və şikayətlərin operativ həll olunması;Məhsul ehtiyatlarının, stok və kassa dəqiqliyinin təmin edilməsinə nəzarət edilməsi;İstifadəyə yararsız, itmiş və ya zədələnmiş məhsulların aktlaşdırılması və aidiyyəti struktur bölmələrə məlumat verilməsi;Mağaza daxili qayda və prosedurların icrasına nəzarət edilməsi;Mağazanın təmizliyinin, səliqəsinin, təhlükəsizlik qaydalarının və korporativ standartların təmin edilməsinə nəzarət edilməsi;Mağazanın fəaliyyətinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.İş şərtləri:İş günləri: 6 günlük iş qrafikiİş yeri: Bakı və Xırdalan şəhərləriƏmək haqqı müsahibə əsasında təyin olunacaqTələblər:Ali təhsil;Pərakəndə satış sahəsində rəhbər vəzifədə minimum 2+ il iş təcrübəsi;Azərbaycan dilini səlis bilmək (rus dili arzuolunandır);Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı;Logo Tiger proqramında işləmə bacarığı üstünlük hesab olunur;Liderlik və komanda idarəetmə bacarığı;Analitik düşünmə və operativ qərarvermə bacarığı;Problemlərin həlli və nəticəyönümlü yanaşma;Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları;Maraqlanan namizədlərdən mövzu hissəsində “Mağaza Meneceri” qeyd etməklə şəkilli CV-lərini hr@emsan.com.az ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
