Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vakansiyalar

Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Sənayecihaz Elmi-İstehsalat MüəssisəsiHazırda Kommersiya departamentində "Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis" vakansiyaları çərçivəsində karyera imkanı mövcuddur.Vəzifə öhdəlikləri:· Müəssisənin istehsal fəaliyyəti ilə əlaqədar xammal, material və hazır məhsulların daşınması prosesinin təşkili və koordinasiyası;· Yerli və beynəlxalq daşımalar üzrə optimal marşrutların müəyyən edilməsi, nəqliyyat və logistika xərclərinin optimallaşdırılması;· Nəqliyyat, broker və anbar xidmətləri göstərən şirkətlərlə işgüzar əlaqələrin qurulması və müqavilələrin hazırlanması;· Daşınma və gömrük əməliyyatları üzrə müvafiq sənədlərin hazırlanması və yoxlanılması;· İdxal və ixrac əməliyyatlarının gömrük prosedurlarına uyğun həyata keçirilməsinin təmin edilməsi;· Yüklərin hərəkətinin izlənilməsi, çatdırılma müddətlərinə nəzarət və yaranan problemlərin operativ həlli;· Logistika xərclərinin, risklərin və fəaliyyət göstəricilərinin təhlili, müvafiq hesabatların hazırlanması;· Logistika proseslərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması üzrə təkliflərin hazırlanması. Namizədə dair tələblər:· Ali təhsil (logistika, nəqliyyat, iqtisadiyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə);· Logistika, təchizat zəncirinin idarə edilməsi və ya xarici iqtisadi fəaliyyət sahəsində iş təcrübəsi;· Beynəlxalq və yerli daşımalar, gömrük prosedurları və Incoterms qaydaları üzrə biliklər;· CMR, konosament, invoys və digər nəqliyyat sənədləri ilə işləmək bacarığı;· Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili arzuolunandır);· MS Office proqramları üzrə biliklər;· Analitik düşünmə, təşkilatçılıq və problem həll etmə bacarıqları.📩Müraciət:Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@snychz.com elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Logistika üzrə mütəxəssis / Aparıcı mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.