Vakansiya haqqında
📍Green TechKənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Logistika üzrə mütəxəssis” (bəy namizəd) vəzifəsinə işə qəbul elan edir.Vəzifə və öhdəliklər:İxrac olunan məhsulun təyinat nöqtəsinə vaxtında çatdırılmasını təmin etmək;Yüklənəcək nəqliyyat vasitələrinin müvafiq ünvanlara yönləndirilməsi, sürücülər və logistika şirkətləri ilə işin təşkili;Müştərilərə sifarişlərin icra gedişi, çatdırılmanın mərhələləri və cari statusu barədə mütəmadi və dəqiq məlumatların verilməsi, yaranan sualların operativ şəkildə cavablandırılması;Daşımalar zamanı qarşıya çıxan bütün problemlərin operativ şəkildə həll edilməsi, müştəri və sürücülərlə əlaqələrin koordinasiyası, logistika proseslərinin fasiləsiz davam etməsinin təmin olunması;Nəqliyyat xərclərinin proqramda düzgün və vaxtında qeyd edilməsi, xərclərin izlənməsi və hesabatların hazırlanması.Tələblər:Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üstünlükdür);Logistika və daşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi;Rus-dili mükəmməl (ingilis dili arzu ediləndir);Microsoft Office proqramları, 1C 8.3 ERP və logistika proqramları ilə işləmək bacarığı;Təşkilatçılıq və vaxt idarəetmə bacarıqları;Problemləri operativ və səmərəli şəkildə həll etmə qabiliyyəti;Komanda ilə işləmək bacarığı və müştəri yönümlü yanaşma;Yüksək səviyyədə məsuliyyət və təşəbbüskarlıq;İş barədə məlumat5 günlük iş həftəsi (09:00-18:00)Iş yeri Binə qəsəbəsində yerləşir;Koroğlu mt/s servis avtobusu vardır;Nahar şirkət tərəfindən təmin edilir..Əmək haqqı razılaşma yolu ilə.Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Logistika üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
