Vakansiya haqqında
📍Caspian Industry MMC Vəzifə öhdəlikləri:Daşınmanın optimal marşrutunu müəyyənləşdirmək;Nəqliyyat vasitəsinin növünü seçmək və sifariş etmək;Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq etmək;Təmsil etdiyi şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;Gömrük orqanlarına sənədləri və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatları təqdim etmək;İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;Nəqliyyat və gömrük işləri ilə əlaqədar zəruri icazələri hazırlamaq.Tələblər:Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili sərbəst və İngilis dili yazışma;Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;MS Excel proqramından istifadə bacarığı;Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;İş şəraiti:5/2 iş rejimiNahar təmin edilirKorporativ nömrə verilirƏmək haqqı: NET 2000 AZNİş yeri: Əhməd RəcəpliMaraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
