Vakansiya haqqında
“Kredit Evi” ASC “Əhmədli” filialı üçün “Lizinq işçisi” vakansiyası elan edir.Tələblər:Yaş həddi: 22-35 yaş;Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə;Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə;İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);Ünsiyyət və təqdim etmə bacarığı;Kredit verilməsi haqqında praktiki və nəzəri biliklər.Vəzifə öhdəlikləri: Lizinq üzrə müraciətlərin qəbulu, kriteriyalara uyğunluğunun yoxlanılması və qaydalara müvafiq şəkildə lizinq üçün tələb olunan təhlillərin aparılması;Lizinq risklərinin qiymətləndirilməsi və lizinq sənədlərinin hazırlanması;Müştəri portfelinin yaradılması və izlənilməsi;Rəhbərliyə qaydalarla müəyyən edilmiş dövriliklə və formada hesabatları tərtib və təqdim etməsi.Bizim sizə təklifimiz:Müasir idarəetmə sistemi və mehriban kollektiv;Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;Gələcək karyeranızın qurulması üçün geniş şərait;Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olsun elektron ünvanına göndərə bilərsiz.E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Lizinq işçisi” - Əhmədli filialı). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
