Vakansiya haqqında
📍Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi 📌Hazırda Biznes proseslərinin idarə edilməsi şöbəsində "Layihə üzrə aparıcı / baş mütəxəssis" vakansiyası çərçivəsində karyera imkanı mövcuddur.📊 Layihə üzrə aparıcı / baş mütəxəssisTələblər:• Ali təhsil (Sənaye mühəndisliyi, Layihələrin idarə olunması, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya İT);• İstehsalat və ya iri həcmli biznes strukturlarında proses layihələrinin idarə olunmasında minimum 4-5 il təcrübə;• PMP, CAPM, Lean Six Sigma (Green/Black Belt) və ya BPMN sertifikatlarının olması üstünlükdür;• PMBOK, Agile/Scrum, Waterfall metodologiyaları üzrə praktiki biliklər.• BPMN 2.0, Lean Manufacturing , 5S, Kaizen təcrübəsi;• MS Office, MS Project, MS Visio və ERP sistemləri (1C) üzrə biliklər;• Problem həll etmə , təşəbbüskarlıq və nəticəyönümlülük bacarıqları. Vəzifə Öhdəlikləri :• Biznes proseslərinin təkmilləşdirilməsi layihələrinin nizamnaməsini (Project Charter), əhatə dairəsini (Project Scope), zaman qrafikini və resurs ehtiyaclarını müəyyən etmək;• İstehsalat sahələrinin aidiyyəti əməkdaşlarından ibarət layihə komandalarının işini əlaqələndirmək;• İstehsalat, təchizat, satış, anbar və baş ofis proseslərində layihə çərçivəsində mövcud vəziyyəti ("As-Is") analiz etmək, zəif tərəfləri və riskləri aşkar etmək;• Optimallaşdırılmış gələcək proses modellərini ("To-Be") layihə həlli kimi layihə komandası ilə birlikdə hazırlamaq və rəhbərliyə təqdim etmək;• Layihə qrafikinə, büdcəyə və keyfiyyət standartlarına əməl olunmasına nəzarət etmək;• Layihə risklərini öncədən müəyyənləşdirmək, risklərin azaldılması planlarını hazırlamaq və icra etmək;• Layihə icrası zamanı yaranan problemləri və uyğunsuzluqları operativ şəkildə həll etmək;• Proseslərin avtomatlaşdırılması (ERP, BPM sistemləri) layihələrində Biznes Analitik / Layihə Nümayəndəsi kimi çıxış etmək;• Biznes tələbləri sənədini (BRD) və Texniki Tapşırıqları tərtib etmək, İT komandası və ya xarici podratçılarla sıx əməkdaşlıq etmək;• Avtomatlaşdırma layihələrinin test mərhələsini (UAT) təşkil etmək və sistemin istifadəyə verilməsini təmin etmək;• Yeni proseslərin istehsalatda uğurla tətbiq olunması üçün Dəyişikliklərin İdarə edilməsi;• Layihələrin statusu üzrə dərəcəli (həftəlik/aylıq) status hesabatlarını və layihə bitdikdə yekun hesabatı hazırlamaq.📩Müraciət:Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@snychz.com elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Layihə üzrə aparıcı mütəxəssis" və ya "Layihə üzrə baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
