Vakansiya haqqında
“UPS Construction” MMC Layihə rəhbəri vakansiyasını elan edir:Əmək haqqı: 4000-5000 AZN.Vəzifə öhdəlikləri:Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək; İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etməkTəqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək; Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək; Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək; İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək; Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək; Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.Namizədə tələblər:Müvafiq sahə üzrə ali təhsil;5 ildən artıq iş təcrübəsi;Kompyuter bilikləri - MS Office, AutoCad;Komandanı idarə etmək bacarığı;Yüksək təşkilatçılıq və liderlik;Təşəbbüskarlılıq və tələbkarlılıq;Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilmək;Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilmək;Layihələri oxumağı və təhlil etməyi bilməli;Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilmək;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilmək;İş vaxtı: I-VI günlər Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət et düyməsində qeyd olunan elektron ünvana CV göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
