Vakansiya haqqında
TəsvirLayihə idarəetmə standartlarına (PMI - PMBOK) uyğun olaraq müəyyən edilmiş çərçivə (framework) daxilində layihə proseslərinin effektiv icrası, monitorinqi və təkmilləşdirilməsində iştirak etmək , bütün layihələr üzrə vahid tətbiqinə nəzarət edilməsi;Layihə sənədləri, şablonlar, prosedurlar və metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlərin keçirilməsi;Öyrənilmiş dərslər (Lessons Learned) sessiyalarının təşkili və proseslərin təkmilləşdirilməsi;Layihə performansının, risklərin və uyğunluğun monitorinqi və rəhbərliyə hesabatların təqdim edilməsi;Rəhbərlik üçün aydın göstəricilər panelinin (dashboard), hesabatların və icraedici təqdimatların hazırlanması;Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatların edilməsi;Struktur bölmələr və maraqlı tərəflər ilə sıx əməkdaşlıq edərək layihə məqsədlərinin təşkilati strategiya ilə uyğunluğunun təmin edilməsi;Çoxvendorlu layihələrin idarə olunması, beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında asılılıqların koordinasiyası;Risk, dəyişiklik və problem idarəetmə proseslərinin tam nəzarətdə saxlanılması;Müqavilə şərtləri, satınalma mərhələləri və ödəniş proseslərinin izlənməsi;Agile, Waterfall və Hybrid metodologiyaların tətbiqi və uyğunlaşdırılması.Tələblər Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İT və ya əlaqəli sahələr üzrə);PMP sertifikatı – mütləqdir;Agile sertifikatları (PMI-ACP, SAFe, Scrum Master) üstünlükdür;Minimum 4–5 il layihə idarəetmə və PMO təcrübəsi;Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;Böyükhəcmli və çoxvendorlu layihələrdə praktiki təcrübə;Layihə komandasının idarə olunmasında güclü kommunikasiya bacarığı;Birdən çox müxtəlif maraqlı tərəflərlə paralel işləmək və effektiv koordinasiya aparmaq bacarığı;Risklərin, problemlərin (issues) və dəyişikliklərin (change) idarə olunması sahəsində praktiki təcrübə;Analitik düşünmə, düzgün qərarvermə və məsuliyyətli yanaşma;Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı, təqdimat hazırlamaq qabiliyyəti;Layihə idarəetmə alətləri (MS Project, Jira, Primavera,Asana və s.) üzrə yüksək səviyyədə istifadə;Teams , Google Sheets, Smartsheet ve oxşar alətlərlə aktiv işləmə bacarığı;Azərbaycan və İngilis dili – yüksək səviyyədə , Türk və Rus dili üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
