Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Layihə meneceri

BakıMənbə: Work.az

Vakansiya haqqında

İş barədə məlumat:İş yeri: “Clean Energy Cəbrayıl” MMC, Port Baku Tower 1İş rejimi: Tam ştatHesabat verir: Direktor və Layihələrin İdarə Olunması Şöbəsiİşin Xülasəsi:Layihə Meneceri Günəş Elektrik Stansiyası layihəsinin bütün mərhələlərinin – planlaşdırma, mühəndislik, satınalma, tikinti, istismara buraxılış və istismara təhvil verilməsinin – rəhbərliyini, koordinasiyasını və icrasını təmin edir. Layihənin vaxtında, büdcə çərçivəsində, təhlükəsizlik və keyfiyyət standartlarına, həmçinin normativ tələblərə uyğun şəkildə tamamlanmasına cavabdehdir.Vəzifə öhdəlikləri:Layihə Planlaşdırılması və LiderlikLayihənin icra planını, qrafikini və büdcəsini hazırlamaq və idarə etmək.Mühəndislik, satınalma, maliyyə, hüquq və tikinti daxil olmaqla, çox funksional komandaya rəhbərlik etmək.Layihə mərhələlərini, nəticələrini və performans göstəricilərini müəyyən etmək.Mühəndislik və Texniki KoordinasiyaTexniki-iqtisadi əsaslandırma, ilkin və detallı layihələndirmə işlərini əlaqələndirmək.Şəbəkəyə qoşulma tədqiqatları, ekoloji qiymətləndirmələr və icazə proseslərinə nəzarət etmək.Layihə tələblərinə və texniki standartlara uyğunluğu təmin etmək üçün dizayn sənədlərini yoxlamaq.Satınalma və Müqavilələrin İdarə EdilməsiMühəndislik, Satınalma və Tikinti (EPC), avadanlıq tədarükçüləri və xidmət təminatçıları üçün tender sənədlərini hazırlamaq.Təklifləri qiymətləndirmək, müqavilələr üzrə danışıqlar aparmaq və tərəfdaş münasibətlərini idarə etmək.Podratçıların fəaliyyətinə nəzarət etmək və müqavilə öhdəliklərinin icrasını təmin etmək.Tikinti və Sahə İdarəçiliyiTikinti işlərinin qrafikə və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət etmək.Mühəndislik, Satınalma və Tikinti (EPC) podratçıları, subpodratçılar və sahə komandaları ilə gündəlik əlaqəni təşkil etmək.Sahəyə baxışlar keçirmək, operativ problemləri həll etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək.Maliyyə və Risklərin İdarə EdilməsiLayihə büdcəsini, pul axınını və xərclərə nəzarəti həyata keçirmək.Riskləri müəyyənləşdirmək və onların azaldılması üzrə tədbirlər planı hazırlamaq.Rəhbərlik və maraqlı tərəflər üçün dövri hesabatlar hazırlamaq.Maraqlı Tərəflər və Tənzimləyici Orqanlarla ƏlaqəDövlət qurumları, enerji şirkətləri, tənzimləyici qurumlar və tərəfdaşlarla əməkdaşlıqda Layihə Direktoruna dəstək olmaq.İcazələrin, lisenziyaların, torpaq məsələlərinin və uyğunluq hesabatlarının koordinasiyasını aparmaq.Rəhbərliyi layihənin gedişi barədə məlumatlandırmaq.İstismara Buraxılış və TəhvilStansiyanın sınaqdan keçirilməsi, test edilməsi və performans yoxlamalarına rəhbərlik etmək.Layihənin istismar və texniki xidmət komandalarına problemsiz təhvil verilməsini təmin etmək.Yekun sənədləşmə və layihənin bağlanış hesabatlarını hazırlamaq.Namizədə tələblər:Mühəndislik, Tikinti, Layihə İdarəetməsi, və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi; EPC və ya tikinti layihələrində müqavilələrin idarə olunması üzrə 5+ illik iş təcrübəsi; Müqavilə növləri və müqavilə hüququ üzrə güclü biliklər; MS Office proqramlarında peşəkarlıq; Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;Multidissiplinar layihə mühitində əməkdaşlıqla işləmək bacarığı; Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları.Müraciət qaydası:Maraqlanan namizədlər öz CV və müşayiətedici məktublarını, mövzu hissəsində vakansiyanın adını göstərməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.