Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vakansiyalar

Layihə meneceri

BakıMənbə: Work.az

Vakansiya haqqında

İcbari Sığorta Bürosu TəsvirƏsas vəzifə öhdəlikləriLayihələrin məqsədlərini, iş həcmini, icra müddətlərini, maliyyə və texniki resurslarını müəyyənləşdirmək, ətraflı layihə planlarını hazırlamaq və icrasını koordinasiya etmək;Layihə qrafiklərinə, müəyyən edilmiş mərhələlərə və resurs planına uyğunluğu izləmək, kənarlaşmaların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;Layihə komandası üzvləri arasında iş bölgüsünü və tapşırıqların icrasını koordinasiya etmək, məsul şəxsləri və icra müddətlərini müəyyənləşdirmək;Layihə portfelinin idarə olunması üzrə mövcud yanaşmaları təhlil etmək, təkmilləşdirilməli sahələri müəyyənləşdirmək və müvafiq inkişaf təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək;Layihələrin icrası zamanı riskləri, dəyişiklikləri və keyfiyyət göstəricilərini idarə etmək, problemlərin vaxtında müəyyənləşdirilməsini və həllini təmin etmək;Layihə üzrə maraqlı tərəflərlə effektiv kommunikasiyanı təşkil etmək, mütəmadi status görüşləri keçirmək, hesabatlar və təqdimatlar hazırlamaq;Layihələrin nəticələrini müəyyən edilmiş Əsas Fəaliyyət Göstəriciləri (KPI) əsasında qiymətləndirmək və əldə olunan nəticələrin təhlilində iştirak etmək;Jira platforması vasitəsilə layihə tapşırıqlarının, icra statuslarının və layihə məlumatlarının sistemli şəkildə izlənilməsini təmin etmək;Təşkilatın strateji hədəflərinin və təşəbbüslərinin icrasının koordinasiyasına dəstək göstərmək TələblərAli təhsil;Layihələrin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;Layihələrin idarə olunmasının əsas metodologiyaları, alətləri və prinsipləri üzrə nəzəri və praktiki biliklər;Jira Software/Jira Service Management platformalarında layihələrin idarə olunması və izlənilməsi üzrə yaxşı biliklər;Layihə planlarının hazırlanması, tapşırıqların koordinasiyası, icra müddətlərinin və resursların idarə olunması bacarığı;Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə biliklər;KPI-ların müəyyənləşdirilməsi, monitorinqi və nəticələrin təhlili bacarığı;Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;Hesabatların və təqdimatların hazırlanması, məlumatların strukturlaşdırılması və nəticələrin təqdim edilməsi bacarığı;Maraqlı tərəflərlə effektiv ünsiyyət, komanda işi və koordinasiya bacarıqları;Azərbaycan və ingilis dillərində effektiv şifahi və yazılı kommunikasiya bacarığı;Yüksək məsuliyyətlilik, dürüstlük, təşəbbüskarlıq və nəticəyönümlülük. Üstünlük hesab olunurBeynəlxalq layihə idarəetmə sertifikatlarının olması;Biznes proseslərinin təhlili və təkmilləşdirilməsi, proseslərin modelləşdirilməsi üzrə təcrübə;İT və rəqəmsallaşma layihələrinin idarə olunması üzrə təcrübə;Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.