Vakansiya haqqında
📍Azservis MMCİş rejimi: Tam ştat, 09:00-18:00Məkan: İçəri Şəhər, BakıTəşkilat: "Üçüncü Bahar" Yaşlılara Dəstək İctimai BirliyiÜçüncü Bahar İctimai Birliyinin məqsədi ölkədə yaşayan yaşlı insanların sosial rifahının yaxşılaşdırılması onların asudə zamanlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiyasını təmin edərək fəal yaşlanmalarını təşviq etməkdir. Birliyin nəzdnində YAŞA Mərkəzləri fəaliyyət göstərir.Vəzifə haqqında:Komandamız sosial layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərən layihə assistenti axtarır. Bu vəzifə layihə koordinatoruna müxtəlif istiqamətlərdə dəstək göstərməyi, tədbir təşkilatçılığını və geniş tərəfdaş şəbəkəsi ilə əlaqələrin idarə edilməsini əhatə edir. İş prosesində özəl şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəzərdə tutulur.Tələblər:Dil bilikləri: (yaxşı səviyyədə ünsiyyət və yazı bacarığı tələb olunur)Azərbaycan (səlis)İngilis (arzu olunan)Rus (səlis)Şəxsi keyfiyyətlər: Yüksək kommunikasiya bacarığıÖyrənməyə həvəsliDəyişən şəraitə tez uyğunlaşmaqEmpatiya qura bilmək bacarığıSosial yönümlüPeşəkar bacarıqlar:Təqdimat bacarığıRəsmi yazışmalar bacarığıNamizəd müxtəlif auditoriyalar qarşısında informasiyanı aydın və təsirli şəkildə çatdıra bilməlidir.Əsas vəzifələr:Layihə assistenti aşağıdaki məsuliyyətləri daşıyacaq: sosial layihələrin sənədləşdirilməsi və monitorinqi, YAŞA mərkəzində keçirilən tədbir və görüşlərin təşkilində iştirak, özəl şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin saxlanılması, tərəfdaşlarla danışıqların aparılmasında dəstək, təqdimat materiallarının hazırlanması, hesabatların toplanması və təqdim edilməsi, cari layihə proseslərinin koordinasiyası, tədbir logistikasının idarə olunması və hədəf qrupla işləmək.Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
