Vakansiya haqqında
📍 Tamstore MMC “Kreditorlar üzrə mühasib” vakansiyası elan edir:Əsas vəzifə öhdəlikləri:· Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi;· Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması;· Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək;· Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması;· Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması. Tələb olunan bilik və bacarıqlar:· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);· Vergi və mühasibat uçotu sahəsində biliklər;· Analitik düşüncə və detallara diqqət;· Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:· Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);· Minimum 1 il iş təcrübəsi.İş şərtlərimiz:· İş qrafiki: Tam iş günü (5 gün);· İş saatları: 09:00-18:00;· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik:· Əmək bazarında rəqabətli əməkhaqqı;· Peşəkar komanda mühiti;· Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kreditorlar üzrə mühasib” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
