Vakansiya haqqında
Təsvirİşiniz nədən ibarətdir?Kredit portfelinin ehtiyatlanmasının optimum vəziyyətə gətirilməsi, ehtiyac yarandığı təqdirdə təklif olunmuş əlavə və düzəlişlərin dəstəklənməsi;Müştərilər üzrə ehtiyatlanmanın analiz olunması, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması, lazımi göstərişlərin verilməsi;Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılmasına dəstəyin göstərilməsi;Bazardakı kredit riskləri trendlərinin izlənməsi və məlumatın həmkarlarla və rəhbərliklə paylaşması;Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.TələblərSizdən nə tələb olunur?Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən az 2 il iş təcrübəsi;Xarici dil: İngilis dili (səlis);Kompüter bilikləri: Microsoft Office;Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq;Başqa tələblər: IFRS 9 yanaşmasının ehtiyatlanmaya təsiri barədə məlumatlı olmaq arzu olunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
