Vakansiya haqqında
Təsvir· Yeni korporativ müştərilər cəlb etmək;· Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;· Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;· Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;· Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;· Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;· Görülmüş işlər üzrə hesabat vermək.Tələblər· Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;· Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);· Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;· Yüksək səviyyədə satış bacarığı;· Maliyyə hesabatlarının təhlil etmə bacarığı;· Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
