Vakansiya haqqında
TəsvirMüştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak v.s);Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişləri müvafiq qaydada ilkin emalının aparılması;Verilmiş kreditlərin düzgün sənədləşdirilməsinə, təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.TələblərAli iqtisadi təhsil;Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə (ingilis dili biliyi arzu olunandır);Bank sahəsində kredit satışı üzrə minimum 2 il iş təcrübəsi;Bank sahəsində korporativ satış üzrə iş təcrübəsi və müştəri bazasına malik olmaq arzuolunandır;MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı;Bank qanunvericiliyi üzrə bilikləri;Analitik təhlil etmə qabiliyyəti, detallara qarşı diqqətlilik;Stressə davamlılıq, kollektivlə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
