Vakansiya haqqında
SOCAR-ın Baş ofisinin Korporativ İdarəetmə Departamentinin Korporativ İdarəetmənin təşkili şöbəsinə rəis müavini axtarırıq:Vəzifə funksiyaları:🔹 İdarəetmə orqanlarının fəaliyyətinin təşkili üzrə məsləhət və metodoloji dəstək;🔹 Korporativ idarəetmə üzrə daxili qaydaların, əsasnamələrin və siyasətlərinin hazırlanması və yenilənməsi;🔹 Maraqlı Tərəflərlə Əlaqələr;🔹 Əməliyyat və Komanda İdarəetməsi;🔹 Şöbə əməkdaşlarının gündəlik işlərini bölüşdürmək, onların peşəkar inkişafına dəstək vermək və işin keyfiyyətini yoxlamaq.Tələblər:🔹 Hüquqşünaslıq üzrə bakalavr; Magistratura (Hüqüqşunaslıq, İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə edilməsi sahələri üzrə) arzuolunandır. ;🔹 Korporativ idarəetmə üzrə 5 il iş təcrübəsi;🔹 Korporativ idarəetmə üzrə milli hüquqi və normativ baza bilikləri;🔹 Korporativ İdarəetmə Prinsipləri üzrə biliklər:Beynəlxalq təcrübə: İƏİT-in (OECD) Korporativ İdarəetmə Prinsipləri, G20/OECD tövsiyələri və müxtəlif idarəetmə modelləri (İngilis-Amerikan, Avropa, Yapon)İdarəetmə strukturu üzrə əsas yanaşmaları: Müşahidə Şurası, İdarə Heyəti və Səhmdarların Ümumi Yığıncağı arasındakı səlahiyyət bölgüsü və qarşılıqlı əlaqə mexanizmləri;Şəffaflıq və hesabatlılıq: Maliyyə və qeyri-maliyyə hesabatlarının hazırlanması qaydaları, məlumatların açıqlanması standartları.🔹 Risklərin idarəedilməsi və audit nəzarətinə dair korporativ idarəetmə tələbləri üzrə biliklər;🔹 Hüquqi və tənzimləyici baza üzrə biliklər;🔹 Korporativ idarəetmə standartları: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) prinsipləri və milli korporativ idarəetmə standartlarını tətbiq etmə bacarığı;🔹 Korporativ hesabatların hazırlanmasında dəstək;🔹 Liderlik və Komanda İdarəetməsi: şöbə əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək;🔹 Effektiv Kommunikasiya: Səhmdarlar, investorlar və dövlət tənzimləyici qurumları ilə peşəkar münasibətlərin qurulması və danışıqlar aparmaq qabiliyyəti;🔹 Mürəkkəb idarəetmə problemlərini təhlil etmək, neytral və qərəzsiz qərarlar qəbul etmək;🔹 Mürəkkəb korporativ sənədlərin (iclas protokolları, nizamnamələr, hesabatlar) peşəkar səviyyədə tərtib edilməsi bacarığı;🔹 Sahə üzrə SOCAR-da iş təcrübəsinin olması üstünlükdür;🔹 Azərbaycan dili-səlis, İngilis dili-orta.Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “korporativ idarəetmə- şöbə rəis müavini” başlığı ilə recruitment@socar.az elektron poçtuna 17.04.2026-cı il tarixinədək göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
