Vakansiya haqqında
Vəzifə öhdəlikləri:• Sosial media platformaları (Instagram, Facebook, LinkedIn və s.) üçün cəlbedici və yaradıcı mətnlərin (kontentlərin) yazılması;• Sayt, bloq və PR məqalələri üçün müvafiq mətnlərin hazırlanması;• Reklam kampaniyalarının yaradılması və konseptlərin qurulması;• Reklam kampaniyaları üçün sloqanların və kreativ ideyaların daxil edilməsi;• Təyin olunmuş mövzular üzrə araşdırmaların aparılması və hədəf auditoriyasına uyğun dil tonunun (tone of voice) seçilməsi;• Komanda ilə (dizayner, SMM menecer) koordinasiyalı şəkildə çalışmaq.Tələblər:• Azərbaycan dilində mükəmməl yazı və qrammatika bacarığı (Rus və ya İngilis dili arzuolunandır);• Kopirayterlik və ya kontent yaradıcılığı sahəsində ilkin biliklər/təcrübə;• Kreativ düşüncə, araşdırma və sürətli öyrənmə qabiliyyəti;• Verilən tapşırıqları vaxtında (deadline) təhvil vermək bacarığı.Müraciət qaydası:• Namizədlərdən CV ilə birlikdə mütləq şəkildə portfolio (görülmüş işlərdən nümunələr) təqdim etmələri xahiş olunur. Portfoliosu daxil edilməyən müraciətlərə baxılmayacaqdır.İş şəraiti:• İş qrafiki: Tam iş günü (I-V günlər, 09:00 - 18:00);• Ünvan: Bakı şəhəri;• Gənc və dinamik komandada karyera inkişafı imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
