Vakansiya haqqında
Pickvisa.az Kontent Yaradıcısı vakansiyasını elan edir.İşin təsviriVəzifə haqqındaBiz yüksək yaradıcılıq qabiliyyətinə malik, nəticəyönümlü Kontent Yaradıcısı (Content Creator) axtarırıq.Sizin əsas missiyanız Pickvisa-nın sosial media kanallarında orqanik böyüməni təmin etmək və məhsullarımız üçün müraciətləri artırmaq olacaq.Siz yüksək təsir gücünə malik, diqqət cəlb edən və istifadəçiləri aktivliyə təşviq edən kontentlər yaradacaqsınız.Biz elə bir sosial media mütəxəssisi axtarırıq ki, yalnız izləyici və aktivliyi artırmağı deyil, həm də həmin diqqəti real nəticəyə – istifadəçi qazanmağa çevirə bilsin.Əsas vəzifələrKontent Təqvimi: Sosial media hesabları üçün aylıq kontent təqvimi hazırlamaq və idarə etmək.Performansın artırılması: İzləyici sayını və auditoriya aktivliyini yüksəltmək üçün strategiyalar qurmaq.Analitika və Hesabat: Həftəlik və aylıq performans göstəricilərini izləmək, nəticələrə əsasən kontenti optimallaşdırmaq.Trend izləmə: Sosial media platformalarındakı son trendlər, viral formatlar və alqoritm dəyişikliklərini izləmək, yeni ideyalar irəli sürmək və testlər aparmaq.Əməkdaşlıq: Satış komandasının tələblərini daimi izləmək.Namizədə tələblərSahə üzrə təcrübəGüclü storytelling bacarığıTikTok, Instagram, Facebook (YouTube, LinkedIn) platformalarının alqoritmlərini bilməkGüclü yaradıcılıq bacarığı, viral kampaniya ideyaları yaratmaq qabiliyyətiƏlavə dil biliyi (İngilis dili, Rus dili)ÜstünlüklərYeniliklərə açıq və öyrənməyə həvəsli olmaqKamera qarşısında sərbəst çıxış edə bilməkIG explore-u səyahət videoları ilə dolu olan namizədlər TəkliflərimizRəqabətcil əməkhaqqı: 1000 – 1500 AZNŞirkət tərəfindən kompüter ilə təmin olunmaPeşəkar inkişaf imkanları – beynəlxalq komanda ilə işləmək və yeni biliklər qazanmaqKaryera yüksəlişi – performansa əsaslanan sürətli irəliləyiş imkanıİş rejimiHəftədə 5 gün - 09:00–18:00Pickvisa-da həyatPickvisa komandadan daha çox icmadır – biz yenilikləri birlikdə kəşf edir, qlobal miqyasda innovativ həllər yaradırıq. Biz müxtəlifliyi dəyərləndirir, inklüziv mühit yaradır və heç bir ayrı-seçkilik etmirik.E-mailin mövzu hissəsində “Kontent Yaradıcısı” qeyd etməklə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
