Vakansiya haqqında
Baku City Residences Kontent menecer vakansiyasını elan edir. Namizədə tələblər:Ali təhsil (marketinq, jurnalistika, kommunikasiya və ya əlaqəli sahələr üstünlükdür).Minimum 2-3 il kontent idarəçiliyi və ya oxşar vəzifədə iş təcrübəsi.Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dili üstünlükdür).Sosial media alqoritmləri və digital marketing trendləri barədə bilik.Kreativ düşüncə və güclü copywriting bacarığı.SEO alətləri və analitika platformaları ilə işləmə bacarığı.Komanda ilə işləmə və layihələri eyni vaxtda idarə etmə qabiliyyəti.İş barədə məlumat:Şirkətin ümumi kontent strategiyasını hazırlamaq və icra etmək.Sosial media, vebsayt, email, blog və digər rəqəmsal kanallar üçün məzmun planı tərtib etmək.Kreativ məzmunun (məqalə, vizual, video, press-reliz və s.) hazırlanmasına rəhbərlik etmək.SMM və dizayn komandası ilə birgə işləyərək kontentin keyfiyyətinə və vizual uyğunluğuna nəzarət etmək.SEO tələblərinə uyğun məzmunların hazırlanmasını təmin etmək.Məzmun performansını (reach, engagement, CTR və s.) analiz etmək və hesabat hazırlamaq.Brend üslubuna uyğun mətnlərin redaktəsi və adaptasiyası.Xarici tərəfdaşlarla (media, PR agentlikləri və s.) kontent əməkdaşlıqlarını idarə etmək.İş şəraitiİş qrafiki: Bazar ertəsi-Cümə;Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;Əmək haqqı: Razılaşma yolu ilə. Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
