Vakansiya haqqında
📍İmprove.az Əsas öhdəliklər:· Video, Reels və storytelling istiqamətlərini əhatə edən kontent strategiyasının hazırlanması;· Brendlər üzrə vahid kontent dili və vizual üslubun formalaşdırılması;· Event konseptlərinin hazırlanması, idarə olunması və kontentə çevrilməsinin təmin edilməsi;· Video çəkilişlərinin, fotosessiyaların (shoot) və kreativ layihələrin planlaşdırılması və idarə olunması;· Content-driven marketing yanaşmasının tətbiqi;· Sosial media platformaları üçün kreativ kontent ideyalarının hazırlanması və icrası;· Kontent planlarının hazırlanması və icrasına nəzarət;· İnfluencerlər və yaradıcı komandalarla əməkdaşlığın qurulması və idarə edilməsi;· Trendlərin mütəmadi izlənilməsi və kontent strategiyasına inteqrasiya edilməsi.Kvalifikasiya tələbləri:· Təhsil: Ali təhsil (üstünlükdür);· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi.Tələb olunan bilik və bacarıqlar:· Kreativ kontent istehsalı sahəsində təcrübə;· Event və entertainment sahəsində yaradıcı ideyalar formalaşdırmaq bacarığı;· Video kontenti və sosial media trendləri üzrə dərin bilik;· Storytelling və kontent planlaşdırılması bacarığı;· Sosial media platformalarının alqoritmləri üzrə biliklər;· Kreativ düşüncə tərzi və yüksək vizual zövq;· Komanda ilə işləmək və layihələri idarə etmək bacarığı;· Peşəkar səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;· Xarici dil bilikləri üstünlükdür.Təklif edirik:· Əmək haqqı:1300-1500 AZN;· AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;· Karyera inkişafı imkanları;· Gənc və dinamik komandada çalışma imkanı;· Nahar şirkət tərəfindən təmin olunur;· Kreativ və əyləncəli iş mühiti.Müraciət qaydası:Tələblərə cavab verən namizədlər CV-lərini və portfoliolarını "Kontent Meneceri" başlığı ilə hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
