Vakansiya haqqında
Təsvirİşiniz nədən ibarətdir?Bankın məhsul və xidmətlərinin ölkədaxili Qanunvericiliyə, Qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi;Təchizatçıların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması və işlərin aparılması;Komplayens məsələlərlə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;Biznes mərkəzlərindən və əlaqəli digər departamentlərdən / funksiyalardan daxil olmuş Komplayens tələbləri ilə bağlı sorğuların cavablandırılması;Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;Bankda mövcud proseslərin avtomatisaziyasında regulativ və bankdaxili tələblərə uyğunluğu təmin etmək və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflər verilməsi;Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və Qaydaların idarə edilməsinə dəstək olunması;Maraq toqquşması halları üzrə risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;Komplayens ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyasının təmin edilməsi;Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımların atılması;Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.TələblərSizdən nə tələb olunur?Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil. (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir);Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması);Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;Xarici dillər: İngilis (səlis), rus (işlək);Kompüter bilikləri: Microsoft Office;Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Banklarda korporativ idarəetmə Standartları, Mərkəzi Bankın normativ hüquqi aktları və digər aidiyyəti Qanunlar / Qaydalar üzrə biliklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
